Volodimir Zelenski ABŞ-nin Kiyevə “Patriot” sistemləri üçün 500 ədəd ballistik raket satın almaq hüququnun verilməsi barədə qərarını təqdir edir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət Departamentinin Kiyevə “Patriot” sistemləri üçün “PAC-3” tipli 500 ədəd ballistik raket satın almaq hüququnun verilməsi barədə qərarını təqdir edir.
Ukrayna liderinin bəyanatına əsasən, problem ondadır ki, müqaviləyə əsasən, raketlərin çatdırılması yalnız bir neçə ildən sonra başlayacaq. Zelenski Ukraynaya raketlərin indi lazım olduğunu deyib.
Zelenski qeyd edib ki, Rusiya qışın yaxınlaşması ilə eyni vaxtda Ukraynanın enerji sistemlərinə, istilik təchizatına və körpülərinə qarşı kütləvi hücumlara başlayıb.
Ukrayna Prezidenti təkcə oktyabrın son iki həftəsində əsas enerji obyektlərinə 30-dan çox zərbə endirildiyini açıqlayıb.