Volodimir Zelenski – Əgər Avropa İttifaqında bir nəfər 90 milyard avronu bloklasa, biz onun ünvanını Ukrayna Silahlı Qüvvələrinə bildirəcəyik
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Avropa İttifaqında bir nəfər 90 milyard avronu bloklasa, biz onun ünvanını Ukrayna Silahlı Qüvvələrinə bildirəcəyik.
Ukrayna mediasının məlumatına görə, Zelenski Macarıstanın Baş Naziri Viktor Orbana işarə edib.
“Ümid edirik ki, Avropa İttifaqında bir nəfər 90 milyardı və ya onun ilk tranşını bloklamayacaq və ukraynalı əsgərlər silahla təmin olunacaq. Əks halda, həmin şəxsin ünvanını bizim Silahlı Qüvvələrə, bizim oğlanlara verəcəyik ki, zəng etsinlər və onların ana dilində danışsınlar,” – deyə Zelenski bildirib.