Volodimir Zelenski – Əgər Amerika və Avropanın bizi tərk etməyəcəyinə və təhlükəsizlik təminatları verəcəyinə dair zəmanətim olsa, danışıqların istənilən formatına hazır olacam
Əgər Amerika və Avropanın bizi tərk etməyəcəyinə, bizi dəstəkləməyə davam edəcəyinə və təhlükəsizlik təminatları verəcəyinə dair zəmanətim olsa, danışıqların istənilən formatına hazır olacam – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski “lTV News”a müsahibəsində Putinlə sülh danışıqları üçün görüşməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Təhlükəsizlik təminatları halında, indiki təmas xətti boyunca hərbi əməliyyatların dondurulmasına razı olub-olmayacağı ilə bağlı suala Zelenski belə cavab verib: “Bu, hansı təminatların olacağından asılıdır”.
Ukraynanın lideri qeyd edib ki, o, cəbhə xəttini dondurmaq istəməzdi, çünki hazırda bu təmas xətti ilə kəsilən bir neçə Ukrayna şəhəri bundan zərər görəcək.