Volqoqrada hücum nəticəsində Wildberries anbarında və “Lukoyl” neft emalı zavodunda yanğın baş verib, beş nəfər xəsarət alıb

12:30, 31.07.2026

Volqoqrada hücum nəticəsində Wildberries anbarında yanğın baş verib. Bu barədə “RİA” xəbər agentliyi şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun sözlərinə görə, ötən gecə vilayətə endirilən zərbələr nəticəsində xəsarət alan beş sakin xəstəxanaya yerləşdirilib.

Onun məlumatına görə, “Lukoyl” neft emalı zavodunda və enerji sektoruna aid obyektlərdə yanğın baş verib, iki yaşayış binasına ziyan dəyib.

Oxşar