“Vol strit journal” – Rusiyada “Vaqner” qruplaşmasının üsyanından sonra 13 yüksək rütbəli hərbçi yaxalnıb, onlar arasında general Sergey Surovikin də var

10:17, 14.07.2023

Rusiyada “Vaqner” qruplaşmasının üsyanından sonra 13 yüksək rütbəli hərbçi yaxalnıb, onlar arasında general Sergey Surovikin də var, – bu barədə “Vol strit journal” mənbələrə istinadən məlumat yayır.

Nəşrin yazdığı kimi, Sergey Surovikin hazırda Moskvada həbsdədir. Elə onların məlumatlarına görə, Surovikin üsyanda iştirak etməsə də, Priqojinin planlarını əvvəlcədən bilirdi.

“Vol strit journal” yazır ki, həbs edilən zabitlərdən bəziləri  azad edildilər.

Nəşrin məlumatına görə, Priqojinin üsyanından sonra Kreml sədaqətsiz zabitlərin aşkarlanması istiqamətində fəal iş aparır. Zabitləri işdən azad edirlər, hansılara da onların fikrincə inanmaq olmaz.

Qeyd olunanla əlaqədar, “Vol strit journalın” yazdığı kimi, nə Kreml, nə də Rusiya Müdafiə Nazirliyi cavab şərhi üçün nəşrə razılıq verməyib.

Oxşar