Vladimir Zelenskinin məlumatına görə, Rusiya əsirliyindən azad edilmiş “Azov” alayının komandirləri müharibənin sonuna qədər Türkiyədə qalacaqlar
Ukrayna prezidenti, Vladimir Zelenskinin məlumatına görə, Rusiya əsirliyindən azad edilmiş “Azov” alayının komandirləri müharibənin sonuna qədər Türkiyədə qalacaqlar.
Zelenski əsirlikdən azad edilmiş Ukraynalı hərbi komandirlərlə telekörpü vasitəsilə söhbət etdi və onlara Ukrayna qarşısında xidmətlərinə görə təşəkkürünü bildirdi.
Prezidentin bəyan etdiyi kimi, azad edilmiş beş hərbi komandir, o cümlədən “Azov” alayının komandiri Denis Prokopenko və onun müavini Svyatoslav Palamar müharibənin sonuna qədər Türkiyədə qalacaq. Zelenskinin dediyinə görə, əsirlərin mübadiləsi şərtləri belədir.
Elə onun bəyan etdiyinə görə, Ukrayna hərbi komandirləri Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın şəxsi protektoratı altında, komfortlu şəraitdə olacaq və şəxsi görüşlər keçirmək hüququna malik olacaqlar.
Ukrayna prezidentinin ofisi 215 Ukraynalı hərbçinin azad edildiyini rəsmən təsdiqlədi. Onlardan 108-i “Azov” alayının üzvüdür.
Bununla yanaşı, azad edilənlər arasında Ukrayna tərəfində döyüşən xarici ölkələrin 10 vətəndaşı da var.
Yayılan məlumata görə, bunun müqabilində Rusiyaya 55 məhbus və Putinin xaç atası, Viktor Medvedçuk təhvil verildi.