Vladimir Zelenskinin fərmanına əsasən, 120 fiziki və 278 hüquqi şəxsə qarşı sanksiya tətbiq edildi
Ukrayna prezidenti, Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 120 fiziki və 287 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilməsi barədə qərarını imzaladı. Prezidentin müvafiq sərəncamı artıq dərc olunub. Sanksiyaların qüvvədə olma müddəti 50 ildir.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslərin əksəriyyəti Rusiya vətəndaşlarıdır, lakin o cümlədən Kipr, Böyük Britaniya, Polşa, Türkiyə və Hollandiya vətəndaşları var.
Qara siyahıya daxil edilən şirkətlərə gəldikdə, bunlar Rusiyanın bukmeker şirkətləri, lotereya təşkilatçıları, hipodromlar, investisiya və əyləncə şirkətləridir, o cümlədən Ukraynada fəaliyyət göstərən müəssisələr.
Ukrayna Xarici İşlər Nazirliyinə Avropa İttifaqının, ABŞ-ın və digər dövlətlərin səlahiyyətli orqanlarına sanksiyaların tətbiqi barədə məlumat vermək və onlarla bənzər tədbirlərin həyata keçirilməsi məsələsini qaldırmaq tapşırıldı.