Vladimir Zelenski – yalnız Ukrayna səmasının tam qorunması Ukrayna və Avropanın təhlükəsizliyini Rusiyanın təcavüzünün sonrakı eskalasiyasından təmin edəcək

10:09, 18.11.2022

Ukrayna prezidenti, Vladimir Zelenskinin dediyinə görə, yalnız Ukrayna səmasının tam qorunması Ukrayna və Avropanın təhlükəsizliyini Rusiyanın təcavüzünün sonrakı eskalasiyasından təmin edəcək. Bu barədə Zelenski ənənəvi videomüraciətində bəyan etdi.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisinə növbəti raket hücumu nəticəsində 10 milyon insan işıqsız qaldı. Ukrayna prezidentinin sözlərinə görə, Dneprdə raket hücumu nəticəsində onlarla insan xəsarət aldı, Zaparojiyedə isə, azından yeddi dinc vətəndaş həlak oldu.

“Yenə və yedə partnyorlara təkrar edirəm, yalnız Ukrayna səmasının tam qorunması Ukrayna və Avropanın təhlükəsizliyini Rusiyanın təcavüzünün sonrakı eskalasiyasından təmin edəcək və həqiqətən Rusiyanı real olaraq müharibəni dayandırmağa məcbur edəcək. Bu gün Kremldən eşidilən, sanki danışıqlar üçün hazır olduqları təbliğatlara doğru deyil. Əslində isə, vaxt udmaq üçün və yeni hücumlara qüvvələrin toplanması üçün deyil, həqiqətən sülhə doğru”, – Zelenski bəyan etdi.

Oxşar