Vladimir Zelenski Viktor Yanukoviç dövrünün Rusiya vətəndaşlığı olan siyasətçilərinin Ukrayna vətəndaşlığını əlindən aldı
Ukrayna prezidenti, Vladimir Zelenski Viktor Yanukoviç dövrünün Rusiya vətəndaşlığı olan siyasətçilərinin Ukrayna vətəndaşlığını əlindən aldı. Bu barədə Ukrayna mediası yazır.
Vətəndalığı arasında qarşıdakılar var – Milli Müdafiə və Təhlükəsizlik Şurasının keçmiş katibi Andrey Kliuev, Keçmiş Təhsil naziri Dmitri Tabaçnik, keçmiş Gəlirlər naziri Aleksandr Klimenko, keçmiş Daxili İşlər naziri Vitali Zaxarçenko, Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Klimenko. Həmçnin, Odessa Şəhər Şurasının deputatı, “Həyat üçün müxalifət platforması” partiyasının üzvü Viktor Baranski da siyahıya daxil edildi. Onların hamısının Rusiya vətəndaşlığı var.
Məlumatı “Xalq qulluqçusu” fraksiyasının rəhbəri David Arakhamiya təsdiqləyir. Onun sözlərinə görə, Zelenski Yanukoviç rejiminin dayaqları olan satqınları Ukrayna vətəndaşlığından məhrum etdi.
“Növbəti addım onlara qarşı sanksiyaların tətbiqi, bütün əmlaklarına, korporativ hüquqlarına və digər aktivlərinə qadağa qoyulması və dövlətin xeyrinə müsadirə edilməsi olacaq”,- Araxamiya yazır və öz elektron ünvanını dərc edir və vətəndaşları yuxarıda qeyd olunan şəxslərin əmlakı barədə məlumatı həmin ünvana çatdırmağa çağırır.