Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutdu
Ukrayna prezidenti, Vladimir Zelenski türk həmkarı, Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukrayna üçün mümkün təhlükəsizlik təminatları, Rusiya ilə danışıqların bərpası və yaralı əsgərlərin Mariupoldan çıxarılması, eləcə də mülki şəxslərin təxliyyəsi məsələlərini müzakirə etdi. Bu barədə türk mediası yazır.
Mövcud məlumatla, Türkiyə lideri vəziyyətin getdikcə daha acınacaqlı olduğunu qeyd edərək, yaralıların və dinc sakinlərin Mariupoldan çıxarılmasının zəruri olduğunu bildirdi.
Ərdoğanın sözlərinə görə, Ankara danışıqlar prosesinə bütün lazımi dəstəyi, o cümlədən vasitəçilik formasında dəstək verməyə hazırdır. Burada o, Ukraynanın təhlükəsizliyinin qarantı olmaq üçün məsələyə müsbət baxdığını əlavə eetdi.
Ərdoğanla söhbəti barəsində “tvitterdə” Vladimir Zelenski də yazdı.
“Prezident Ərdoğanla mühüm telefon danışığım oldu. O, vətəndaşların Mariupoldan, xüsusən də “Azovstal”-dan təcili təxliyə edilməsinin və blokadaya alınmış hərbçilərin mübadiləsinin zəruriliyindən danışdı. Biz danışıqlar prosesini, Ukraynanın Türkiyə və digər ölkələrlə təhlükəsizlik təminatlarının koordinasiyasını müzakirə etdik. Biz Ukraynanın müdafiə qabiliyyəti, eləcə də Qara dənizdə gəmilərin blokadası ilə təhdid edilən qlobal ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri irəli sürdük”, – Zelenski yazır.