Vladimir Zelenski - Ukraynaya yardım edən və Ukrayna üçün mübarizə aparan hər kəsə təşəkkür etmək istəyirəm
Vladimir Zelenski - Ukraynaya yardım edən və Ukrayna üçün mübarizə aparan hər kəsə təşəkkür etmək istəyirəm

Ukrayna prezidenti, Vladimir Zelenski gündəlik müraciəti zamanı Baş Qərargahın bu gün keçirilən iclasının təfərrüatları barəsində danışdı.

Prezidentin dediyinə görə, müzakirənin əsas mövzusu Donetsk rayonunda, Baxmut və Soledarda cari hadisələri idi.

“Baş Qərargahın bu günki görüşün əsas mövzusu sözsüz ki, Soledar, Baxmut, ümimiyyətlə Donetsk bölgəsində cari döyüşlər idi. Biz müzakirə etdik ki, hansı qərarlar qəbul edilməlidir, hansı yenidənqurma lazımdır, yaxın günlərdə hansı addımlar atılmalıdır. Silahların çatdırılması, partnyorlarla mövcud kommunikasiya haqqında danışdıq. Ukraynaya yardım edən və Ukrayna üçün mübarizə aparan hər kəsə, hamıya təşəkkür etmək istəyirəm”, – Zelenski bəyan etdi.