Vladimir Zelenski - Ukrayna təzyiqlərə müqavimət göstərə bilməsə, qonşularımız və digər keçmiş Sovet dövlətləri Rusiyanın hücumu təhlükəsi altında ola bilərlər
Vladimir Zelenski - Ukrayna təzyiqlərə müqavimət göstərə bilməsə, qonşularımız və digər keçmiş Sovet dövlətləri Rusiyanın hücumu təhlükəsi altında ola bilərlər

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edir ki, Rusiya keçmiş Sovet İttifaqının ərazilərinə öz ərazisi kimi baxdığı üçün, yalnız Ukrayna üzərində dayanmayacaq. Ukrayna mediasının məlumatına görə, Zelenski bu barədə Lüksemburqun baş naziri, Ksavye Betellə görüşdən sonra keçirdiyi brifinqdə bəyan etdi.

“Əminik ki, Rusiya bizim ərazimizdə, Ukrayna ərazisində dayanmayacaq. Ona görə də başa düşürük ki, əgər dövlətimiz belə təzyiqlərə dözə bilməsə, o zaman qonşularımız, keçmiş Sovet İttifaqının digər dövlətləri Rusiyanın hücumuna məruz qalmaq təhlükəsi ilə üzləşə bilər”, – Zelenski bəyan etdi.