Vladimir Zelenski – Ukrayna silahlı qüvvələri bu həftə 776 kvadrat kilometr ərazini azad etdilər

11:59, 08.10.2022

Ukrayna silahlı qüvvələri bu həftə 776 kvadrat kilometr ərazini azad etdilər, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski videomüraciətində bəyan  etdi.

Ukrayna liderinin dediyinə görə, Ukrayna əsgərləri 29 yaşayış məntəqəsini işğalçılardan azad etdilər. O cümlədən altısını Luqansk vilayətində. Elə onun bəyan etdiyinə görə, ölkənin cənubunda da yaxşı nəticələrə nail olunub.

“Yalnız keçən həftə döyüşçülərimiz ölkənin şərqində 776 kvadrat kilometr ərazini və Luqansk vilayəti də daxil olmaqla 29 yaşayış məntəqəsini Rusiyanın psevdoreferendumlarından azad etdilər. Ümumilikdə isə, hücumun başlamasından bu günədək 2434 kvadrat kilometr ərazi və 96 yaşayış məntəqəsi azad edilib”, – Zelenski bəyan etdi.

Oxşar