Ukraynanın yeni prezidenti Vladimir Zelenski Ukrayna parlamentini buraxdı.
Növbədənkənar seçkilər iyulun 21-də keçiriləcək.
Vladimir Zelenskinin bu əmri, verildiyi andan qüvvəyə mindi.
Ukrayna prezidentinin veb-səhifəsində deyilir ki, səkkizinci çağırış Radasının buraxılması Ukrayna konstitusiyasının birinci maddəsinin, ikinci hissəsinin, 90-cı alt maddəsinə əsasən, həyata keçirildi. Həmin maddəyə əsasən, 30 gün ərzində qanunverici orqanda idarə edən çoxluq yoxdursa, prezidentin parlamenti buraxmaq haqqı var.