Vladimir Zelenski – Ukrayna hazırdır, çoxdan gözlənilən əks-hücuma başlasın
Ukrayna hazırdır, Rusiyanın işğal etdiyi ərazilərin qaytarılması üçün çoxdan gözlənilən əks-hücuma başlasın, – bu barədə Ukryna prezidenti, Vladimir Zelenski bəyan etdi.
“Biz qəti olaraq inanırıq ki, uğur əldə edəcəyik”, – Zelenski “Wall Street Journal”-a müsahibəsində qeyd etdi.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyev əks-hücumun müharibənin dinamikasını dəyişəcəyinə ümid edir.
“Sözün düzünü desəm, bilmirəm nə qədər vaxt lazım gələcək. Ola bilsin vəziyyət tamamilə fərqli yolla getsin, lakin biz bunu edəcəyik. Bunun üçün hazırıq”, – Zelenski bəyan etdi.