Volodimir Zelenski – Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir

12:16, 01.07.2023

Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ispan nəşrinə müsahibəsində bəyan etdi.

“Sammitdə qədər nəticə göstərməliyik, lakin hər bir metr həyat bahasına başa gəlir”, – Zelensli bəyan etdi.

Onun sözlərinə görə, Ukrayna ordusunun irəliləməsinə ilkin mərhələdə güclü yağışlar və artilleriya çatışmazlığı mane oldu.

“Biz bir neçə şeylə hesablaşırdıq, lakin artilleriya gec gəldi. İrəliləyə bilmədiyimiz üçün dayanmadıq. İrəli getmək daha çox insan itirmək deməkdi. Biz bu məsələdə çox diqqətliyik. Sürətli hərəkətlər təhlükəlidir”, Zelenski bəyan etdi.

Rusiya prezidenti Vladimir Putin haqqında danışan Zelenski Putinin özündən daha çox təhlükə altında olduğunu qeyd etdi.

“Məni yalnız Rusiyada öldürmək istəyirlər, onu isə bütün dünyada”, – Zelenski bəyan etdi.

Oxşar