Vladimir Zelenski Slovakiya, Sloveniya, Xorvatiya və Moldova liderləri ilə birlikdə Buçaya getdi
Ukrayna prezidenti, Vladimir Zelenski dörd ölkənin lideri ilə birlikdə Rusiya işğalı zamanı həlak olanların xatirəsini yad etmək üçün Buçaya getdi.
Kiyev vilayətinin Buça şəhərinin rus qoşunlarından azad edilməsinin ildönümündə Zelenskiilə birlikdə Buçaya Slovakiyanın baş naziri Eduard Heqer, Sloveniyanın baş naziri Robert Qolob, Xorvatiyanın baş naziri Andrey Plenkoviç və Moldova prezidenti Maya Sandu getdi
Beş ölkənin lideri Müqəddəs Həvari Andriya Birinci adına kilsəyə getdi, hansının da həyətində ötən ilə, qətlə yetirilən yerli əhalinin kütləvi məzarlarını akar etdilər. Ukrayna mediasının məlumatına görə, Ukraynaya gedən Slovakiya, Sloveniya, Xorvatiya baş nazirləri və Moldova prezidenti Buçanın azad edilməsinin ildönümünə həsr olunmuş sammitdə iştirak edəcəklər.