Vladimir Zelenski Si Cinpini Ukraynaya dəvət etdi

11:53, 29.03.2023

Mən Si Cinpinlə söhbət etmək istəyirəm, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski “Associated Press”-ə müsahibəsində bəyan etdi.

Zelenski Çin liderini Ukraynaya dəvət etdi.

“Biz, onu burada görməyə hazırıq. Mən onunla söhbət etmək istəyirəm. Mən onunla genişmiqyaslı müharibə başlamazdan əvvəl əlaqə saxlamışdım, lakin bu il ərzində heç bir əlaqəm olmayıb”, – Zelenski bəyan etdi.

Bir ay əvvəl, Ukraynada müharibənin başlanmasının ildönümündə Çin 12 bənddən ibarət üzdəniraq sülh planını təqdim etdi.

Oxşar