Vladimir Zelenski – sentyabrda 9 min kvadrat kilometr ərazi, təxminən 400 yaşayış məntəqəsi azad edildi
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, sentyabr ayında aktiv döyüşlər başlayandan bəri Ukrayna hərbçiləri 9 min kvadrat kilometr ərazini azad etdilər. Zelenski bu barədə ənənəvi videomüraciətində söhbət etdi.
“Sentyabrda 9 min kvadrat kilometr ərazi azad edildi. 400-ə yaxın yaşayış məntəqəsi. Nəticə ona görə əldə olunub ki, xalqımız müvəqqəti işğal olunmuş ərazilərdə bizə kömək edir. Çox xahiş edirəm, bu cür yardımların daha çox olması üçün əlinizdən gələni edin”, – Zelenski bəyan etdi.
Ukrayna prezidenti vətəndaşları xüsusi xidmət orqanları ilə əməkdaşlığa və psevdoreferendumun təşkilatçıları, səfərbərlik və ümumilikdə Rusiya ordusu haqqında bütün məlumatları verməyə çağırdı.