Vladimir Zelenski Şarl Mişel ilə görüşü zamanı Ukrayna taxılının Avropa İttifaqına ixracı məsələsini müzakirə etdi
Ukrayna prezidenti, Vladimir Zelenski Avropa Şurası prezidenti, Şarl Mişel ilə Xirosimada görüşü zamanı Ukrayna taxılının Avropa İttifaqına ixracı məsələsini müzakirə etdi.
“Görüşdə bir sıra Avropa İttifaqı ölkələri tərəfindən Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərə və onların iyunun 5-dən sonra uzadılmasına xüsusi diqqət yetirilidi”, – Ukrayna prezidenti ofisində bəyan etdilər.
Zelenski administrasiyasının məlumatına görə, Şarl Mişellə görüşündə prezident eləcə də Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının rekomendasiyalarının icrasını müzakirə etdi.
Bundan başqa, Zelenski və Mişel Ukrayna sülh formulunun həyata keçirilməsi və beynəlxalq dəstəyin möhkəmləndirilməsi barədə danışdılar.
Şarl Mişelin özü Zelenski ilə görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verdi və görüşdən sonra yazdı: “Ukrayna sarsılmazdır. Dəstəyimiz və dostluğumuz kimi. Eşq olsun Ukraynaya”.