Vladimir Zelenski – Rusiyanın Ukrayna ilə müharibəsi Krımın işğalı ilə başlad; və Krımın azad edilməsi ilə də bitməlidir
Ukrayna prezidenti, Vladimir Zelenski bəyan edir ki, Rusiyanın Ukrayna ilə müharibəsi Krımın işğalı ilə başladı və Krımın azad edilməsi ilə də bitməlidir.
“Bu gün Krım mövzusuna çox diqqət yetirilir və bu düzgündür, çünki Krım Ukraynadır və biz ondan heç vaxt imtina etməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukrayna ilə müharibəsi Krımın işğalı ilə başlad; və Krımın azad edilməsi ilə də bitməlidir. Bu gün bunun nə vaxt olacağını demək mümkün deyil. Lakin biz Krımın azad edilməsi formuluna hər gün yeniliklər əlavə edirik. Mən bilirəm ki, biz Ukraynanın Krımına qayıdacağıq. Rusiya Avropanın ən yaxşı yerlərindən biri hesab edilən Krımı, ən təhlükəli bölgələrdən birinə çevirdi. Rusiya Krıma genişmiqyaslı repressiyalar, ekoloji və iqtisadi problemlər, müharibə gətirdi”, – Zelenski bəyan etdi.
Ukrayna prezidentinin sözlərinə görə, Krımda işğalçıların olması Avropa və dünya üçün təhlükə yaradır.
“Krım işğal olunduğu halda Qara Dəniz bölgəsinin təhlükəsizliyini təmin etmək mümkün deyil. Rusiya yarımadamızdan hərbi baza kimi istifadə edə bilənə qədər, Aralıq Dənizi bölgəsinin bir çox ölkələrində sabit və davamlı sülh olmayacaq”, – Zelenski bəyan etdi.