Vladimir Zelenski - Rusiyanın Odessaya raket zərbəsi, Rusiyanın özünün siyasi mövqelərinə zərbə oldu
Rusiyanın Odessaya raket zərbəsi, Rusiyanın özünün siyasi mövqelərinə zərbə oldu, – bu barədə Ukrayna prezidenti gündəlik videomüraciətində bəyan etdi.
“Bu gün Rusiyanın Odessaya, limanımıza raket hücumu Rusiyanın özünün siyasi mövqelərinə də zərbə oldu. Əgər dünyada kimsə deyə bilsəydi ki, Rusiya ilə hansısa dialoq, hansısa razılaşma lazımdır, siz nə baş verdiyini görə bilərsiniz. Bugünkü rus “Kalibri” belə bəyanatların mümkünlüyünü məhv etdi və bu zərbəyə dünyanın yekdil reaksiyasını görürük. İşğalçılar artıq heç kimi aldada bilməzlər
Bununla yanaşı, Vladimir Zelenski Xerson vilayəti barəsində danışdı və qeyd etdi ki, Ukrayna silahlı qüvvələri bölgənin işğaldan azad edilməsi istiqamətində müəyyən uğurlara nail olub.
“İlk növbədə, Xerson vilayəti barəsində söhbət ola bilər. İşöalçılar orada möhkəmlənməyə çalışırlar, nnların əməkdaşları müxtəlif həyasız bəyanatlar verdilər, amma bu onlara necə kömək etdi? Ukrayna silahlı qüvvələri regibölgədə nda addım-addım irəliləyirlər”, – Zelenski bəyan etdi.