Vladimir Zelenski – Rusiyanın nəinki neft və qaz gəlirlərini məhdudlaşdıracaq, həm də ədaləti bərpa edəcək sanksiyalar tətbiq etməyin vaxtıdır

11:23, 03.09.2022

Rusiyanın Moskvanın neft və qaz gəlirlərini məhdudlaşdırmaqla yanaşı, ədaləti bərpa edən enerji sanksiyaları tətbiq etməsinin vaxtı çoxdan çatıb, – Ukrayna prezidenti, Vladimir Zelenski növbəti video müraciətində bəyan etdi.

Zelenski qeyd etdi ki, Ukraynanın müdafiəsi Avropanın və demokratik dünyanın müdafiəsidir.

“Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı, bu gün “Böyük Yeddiliyin” razılaşdırdığı qərara da bu baxımdan baxmalıyıq. Bu mexanizm işə düşdükdə sivil dövlətlərin, enerji bazarlarının və Rusiyanın hibrid təhlükəsindən müdafiənin mühüm elementinə çevriləcək. Sözsüz ki, Rusiya qazı üçün yuxarı qiymət səddi müəyyən etmək lazımdır”, – Zelenski bəyan etdi.

Oxşar