Vladimir Zelenski – Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi bu cür qurumların tam iflasıdır
Ukrayna prezidenti Vladimir Zelenskinin dediyinə görə, Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi absurddur. Bu barədə Ukrayna prezidenti ənənəvi videomüraciətində bəyan etdi.
Onun sözlərinə görə, terrorçu dövlətin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi qlobal institutların iflas vəziyyətində olduğunu və onların islahatlaşdımanın zəruri olduğunu göstərir.
“Təəssüflər olsun ki, Absurd və destruktiv hadisəmiz var. Bu gün terrorçu dövləti BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başladl. Dünən rus ordusu daha bir Ukraynalı uşağı – beş aylıq körpəni öldürdü. Onun adı Daniel idi. Və bununla yanaşı, Rusiya BMT Təhlükəsizlik Şurasının sədridir. Bu, belə institutların tam iflasından başqa bir şey deyil. Rusiyanın hələ də əl atmadığı terror forması yoxdur. Və terror dövlətinin və terrorçu olmaq istəyən hər hansı digər ölkənin dünyanı məhv etməsinə mane olmaq üçün yetişmiş BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, qlobal institutlarda islahatları dayandırmaq üçün heç bir səbəb yoxdur”, – Zelenski bəyan etdi.