Vladimir Zelenski – Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsi Rusiya və Çin prezidentləri arasında uğursuz görüşdən xəbər verir

12:57, 01.04.2023

Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsi Rusiya və Çin prezidentləri arasında uğursuz görüşdən xəbər verir, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski bəyan etdi.

“Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirəcəyinə dair siqnal Çinlə uğursuz görüşə işarə edir. Rusiyanın Vladimir Putinin prezidentliyi dövründə tamamilə itirdiyi bir növ subyektivliyi göstərmək lazım idi, – Ukrayna prezidenti Moldova, Xorvatiya, Sloveniya və Slovakiyanın baş nazirləri ilə birgə keçirilən konfransda qeyd etdi.

Zelenskinin dediyinə görə, eynisi Belarus prezidenti, Aleksandr Lukaşenkoya aiddir.

“Düşünürəm, artıq qərar verə bilmir, onun ərazisində hansı növ silah yerləşdiriləcək”, – Zelenski qeyd etdi.

Oxşar