Vladimir Zelenski – Rusiya hazırda Ukraynanın 20 faizini işğal edir
Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edir”, – Ukrayna prezidenti Vladimir Zelenski Lüksemburq xalqına videomüraciətində deyib.
“Rusiya ordusu Ukraynanın 3620 yaşayış məntəqəsini işğal edib. Onlardan 1017-ni azad edə bilmişik, 2603-ü azad etmək lazımdır. Bu günə olan məlumata görə, işğalçılar ərazimizin 20 faizinə, demək olar ki, 125 min kvadrat kilometrə nəzarət edirlər. Bu, Benilüks ölkələrinin birlikdə götürdüyü ərazidən qat-qat çoxdur” dedi Zelenski.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Ukraynada müharibəyə 2014-cü ildə çox erkən başlayıb