Vladimir Zelenski – Rusiya buğda yüklü 150 gəminin Ukrayna limanlarından çıxmasına qəsdən mane olur
Ukrayna prezidenti, Vladimir Zelenski bəyan edir ki, Rusiya buğda yüklü 150 gəminin Ukrayna limanlarından çıxmasına qəsdən mane olur.
“Buğda ixracı təşəbbüsü istiqamətində vəziyyət bu həftə xüsusilə gərginləşdi. Düşmən ərzaq ixracımızı dayandırmaq üçün hər şeyi edir. Hesab edirəm ki, bu hərəkəti ilə Rusiya qəsdən ərzaq böhranını daha da gücləndirir ki, bu, ilin birinci yarısında olduğu kimi kəskinləşsin. Bu gün növbədə 150 gəmi durur, Rusiya onların hərəkətinə qəsdən mane olduğu üçün onların problemləri var. Bizim partnyorlarımız – BMT, Türkiyə və digərləri, yaranmış vəziyyətdən tam məlumatlıdırlar. Taxıl təşəbbüsü zamanı Ukrayna üç milyon tona qədər ərzaq məhsulunu tam ixrac edə bilmədi”, – Ukrayna prezidenti bəyan etdi.