Vladimir Zelenski - partnyorlar yardım üçün bir nəqədər az hazır olacaqlar, bir o qədər müharibə uzun müddət sürəcək və daha çox insan həlak olacaq
Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Ukrayna xalqı və ordusu Rusiya təcavüzünə tab gətirəcək, lakin lazımi silahların olması ilə itki daha az olacaq, – Ukrayna mətbuatınınnməlumatına görə, bu bərədə Vladimir Zelenski “Zeit” nəşrinə müsahibəsində bəyan etdi.
“Lazım olduğu qədər dözəcəyik. Gələcəkdə başqa millətləri müdafiə etməyə məcbur olmamaq üçün Avropada hər kəsin indi bizə kömək etməsi daha müdrik olardı”, – Zelenski bəyan etdi.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyev həmin partnyorlardan müdafiə üçün lazım olan resurslardan artıq vəsait tələb etmir.
“Kiminsə üçün mənim tələbim ola bilsin sonsuz təkrar kimi anlanılsın, lakin mən borcluyam bunu yenə də yenə təkrar edəm: bizə müasir silah lazımdır. Bizim üçün dəstək vacibdir ki, xilas olaq və qəlib gələk. Partnyorlar yardım üçün bir nəqədər az hazır olacaqlar, bir o qədər müharibə uzun müddət sürəcək və daha çox insan həlak olacaq”, – Zelenski bəyan etdi.