Vladimir Zelenski ölkələri neytral qalmamağa və müharibəyə qarşı koalisiyaya qoşulmağa çağırdı
Vladimir Zelenski ölkələri neytral qalmamağa və müharibəyə qarşı koalisiyaya qoşulmağa çağırdı

Ukrayna prezidenti, Vladimir Zelenski ölkələri neytral qalmamağa və müharibəyə qarşı koalisiyaya qoşulmağa çağırdı.

Bu barədə Zelenski etdiyi müraciətində bəyan etdi.

“Bu müddət ərzində biz Avropa İttifaqını yeni səviyyəyə birləşdirmişik. Formaldan yüksək. Müharibənin altı günü 30 il kimidir. Buna görə Avropa İttifaqı “bəli” cavabını verir. Xüsusi sürətləndirilmiş üzvlük proseduruna başladıq. Diplomatlarımız və dostlarımız dünyanı Ukrayna üçün, hətta bütün dünya üçün birləşdirir. Neytral İsveçrə Avropa İttifaqının rus oliqarxlarına, məmurlarına, dövlətin özünə və şirkətlərinə qarşı sanksiyalarını dəstəklədi. Bir daha – neytral İsveçrə. Beləliklə başqa ölkələr nəyi gözləyirlər? Bizim müharibəyə qarşı koalisiyamıza Moskvanən bit həftə bundan əvvəl hesabladığı ölkələr qoşuldular. Bu gözəl nəticədir. İndi neytral qalmaq olmaz!”, – Zelenski bəyan etdi.

Zelenski Rusiyanın bu müddət ərzində qlobal itkilər verdiyini də qeyd etdi: “Rusiya bayrağı idman yarışlarında qadağan edilib, müasir mədəniyyət ruslar üçün bağlıdır, Rusiya banklarının qlobal sistemdən əlaqəsi kəsilib”.

Zelenskminin dediyinə görə, “Rus anaları öz övladlarını onlar üçün tamamilə özgə ölkədə itirirlər. Ukrayna aparılan müharibə zamanı, altı gün ərzində altı min rus işğalçısı həlak oldu”.