Vladimir Zelenski -  Mən Putinlə ultimatum yox, dialoq əsasında ultimatumsuz danışmağa hazıram
Vladimir Zelenski - Mən Putinlə ultimatum yox, dialoq əsasında ultimatumsuz danışmağa hazıram

Mən Putinlə vasitəçi olmadan, dialoq əsasında və ultimatumsuz danışmağa hazıram”, – Ukrayna prezidenti Vladimir Zelenski İtaliya mətbuatına müsahibəsində deyib.

Zelenskinin qeyd etdiyi kimi, Rusiya ilə danışıqlar məsələsi getdikcə çətinləşir.

“Mən belə düşünürəm, çünki kiçik şəhərlər gündəlik olaraq işğaldan çıxarılır və biz rus hərbçilərinin qoyduğu təhqir, işgəncə və ölüm hökmünün izlərini görürük. Bu, danışıqlar imkanını çətinləşdirir. İndi cəmiyyətdə bununla bağlı müsbət əhval-ruhiyyə yoxdur. Prezident kimi mən Putinlə danışmağa hazıram, ancaq onunla, ultimatumlarla deyil, dialoq şərtləri ilə danışa bilərəm”, – dedi Zelesnki.