Vladimir Zelenski Mariupoldan mülki əhalinin və qoşunların təxliyəsi üçün rus hərbi əsirləri Moskvaya təhvil verməyə hazır olduğunu təsdiqləyib

22:08, 20.04.2022

Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsiz dəhliz müqabilində Mariupoldan dinc əhalini və qoşunları təxliyə etməyə və rus hərbi əsirləri Moskvaya təhvil verməyə hazır olduğunu bir daha təsdiqləyir. Zelenski bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib.

Zelenskinin qeyd etdiyi kimi, mühasirəyə alınmış şəhərdə vəziyyət getdikcə pisləşir.

Onun sözlərinə görə, döyüşlərin getdiyi “Azovstal” zavodundan minə qədər mülki şəxs qaçır.

Oxşar