Vladimir Zelenski Kuril adalarının Yaponiya ərazisi kimi tanınması haqqında fərmanı imzaladı
Ukrayna prezidenti, Vladimir Zelenski Moskva ilə Tokio arasında mübahisəli olan və Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Kuril adalarının Yaponiya ərazisi elan edilməsi haqqında fərman imzaladı.
“Bu gün biz mühüm, ədalətli, hüquqi cəhətdən qüsursuz, tarixi bir qərar qəbul etdik. Ukrayna Yaponiyanın suverenliyinə və ərazi bütövlüyünə, o cümlədən hazırda Rusiya tərəfindən işğal olunmuş şimal ərazilərinə hörmət etdiyini bir daha təsdiqlədi”, – Zelenski bəyan etdi.
Zelenskinin sözlərinə görə, Kiyev dünyanı analoji qərar qəbul etməyə çağırır.
Ukrayna prezidentinin dediyinə görə, Rusiyanın bu əraziyə iddia irəli sürməyə haqqı yoxdur və “bunu bütün dünya yaxşı bilir”.
“İşğalçıların mənimsəməyə çalışdıqları bütün torpaqları Rusiya işğalından azad etmək və tədbirlər görmək lazımdır”, – Zelenski bəyan etdi.
Zelenskinin dediyinə görə, təcavüzkar uduzmalı və işğalçılara heç nə qalmamalıdır.
Xatırladırıq ki, mübahisəli adaları İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Sovet İttifaqının tərkibinə daxil etdilər. Yaponiya buna etiraz edir.