Vladimir Zelenski İsveçrəni Rusiyanın aktivlərini dondurmağa çağırır ki, Ukrayna öz ərazilərini işğal etdiyinə görə kompensasiya alsın
Ukrayna prezidenti, Vladimir Zelenski İsveçrəni Rusiya aktivlərini dondurmağa çağırır ki, Ukrayna öz ərazilərini işğal etdiyinə və ona qarşı təcavüzə görə kompensasiya alsın. Bu barədə məlumatı prezident administrasiyasına əsaslanaraq Ukrayna mediası yayır.
“Mən çox istəyirəm ki, İsveçrə Rusiyanın aktivlərini dondura bilsin və Ukrayna ərazilərinin işğalına və Rusiyanın Ukraynaya qarşı törətdiyi təcavüzə görə bizə tamamilə ədalətli kompensasiya verilsin”, – Ukrayna prezidenti qeyd etdi.
Vladimir Zelenski həmçinin İsveçrə vətəndaşlarını Ukraynada baş verən hadisələrlə bağlı həqiqətləri Avropaya çatdırmağa çağırdı və bunun üçün onları yerində baş verənləri öz gözləri ilə görmək üçün Ukraynaya dəvət etdi.
Ukrayna prezidentinin sözlərinə görə, xeyirlə şərin mübarizəsi məsələsində neytrallıq mümkün deyil.
Qeyd edək ki, Zelenski sentyabrın 27-də Ukraynanın Hollandiya və İsveçrədəki səfirlərini vəzifələrindən azad etdi.