Vladimir Zelenski - istənilən şirkət və ya dövlət Rusiyaya neft ticarətində kömək edirsə, onlara qarşı da sanksiyalar tətbiq edilməlidir
İstənilən şirkət və ya dövlət Rusiyaya neft ticarətində kömək edirsə, onlara qarşı da sanksiyalar tətbiq edilməlidir, – bu barədə Ukrayna prezidenti sosial şəbəkədə videomüraciətində bəyan etdi.
“Yaxın gələcəkdə Rusiya neftinin məhdudlaşdırılması ilə bağlı qərar gözləyirik. İstənilən şirkət və ya dövlət Rusiyaya neft ticarətində kömək edirsə, onlara qarşı da sanksiyalar tətbiq edilməlidir. Rusiya hərbi terror maşınına istəniıən sponsorluq dayandırılmalıdır”, – Zelenski bəyan etdi.
Ukrayna prezidentinin dediyinə görə, Rusiya şərqdə qoşunlarını artırmağa davam edir və yeni hücumlara hazırlaşır. O, rus əsgərlərinə müraciət edərək bəyan etdi ki, komandirlər onlara yalan danışaraq onları Ukraynaya qaçılmaz ölüm üçün göndərirlər. O, rus əsgərlərini Rusiya ərazisində qalmağa çağırdı.
Prezidentin sözlərinə görə, artıq Ukrayna ərazisində 23 mindən çox rus əsgəri həlak olub, 100-dən çox tank, 200-ə qədər təyyarə və 2500-ə qədər zirehli texnika məhv edilib. Onun bəyan görə, Rusiyanın hələ də hərbi texnika və raketləri qalıb, lakin o qədər zəifləyib ki, parada daha az sayda hərbi texnika yerləşdirməyi planlaşdırmağa məcburdur.