Vladimir Zelenski - İşğalçılar müharibənin ilk günlərində gözlədikləri məqsədlərə heç olmasa müharibənin 100-cü günündə nail olmağa çalışırlar
İşğalçılar müharibənin ilk günlərində? 24 fevraldan sonra gözlədikləri məqsədlərə heç olmasa müharibənin 100-cü günündə nail olmağa çalışırlar, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski gündəlik video müraciətində bəyan etdi.
“Gözlənildiyi kimi, vəziyyət çox ağırdır. İşğalçılar müharibənin ilk günlərində gözlədikləri məqsədlərə heç olmasa müharibənin 100-cü günündə nail olmağa çalışırlar. Buna görə də, Donbasda maksimum artilleriya konsentrasiyası, maksimum ehtiyatları var idi – raketlər, aviasiya, hər şey var”, – Zelenski bəyan etdi.
Dövlət başçısı qeyd etdi ki, Ukrayna mövcud müdafiə resursları imkan verdiyi qədər öz ərazisini müdafiə edir. O, bu resursun artırılması üçün əlindən gələni etdiyini deyir.
“Əgər işğalçılar Liman və Severodonetskinin onların olacağını düşünürlərsə, yanılırlar. Donbass ukraynalı olacaq, çünki bu, bizik, bizim mahiyyətimizdir və Rusiya hər yerə dağıntı və əzab gətirsə belə, biz yenə də bütün şəhərləri və bütün yaşayış məntəqələrini bərpa edəcəyik. Orada bizim Ukrayna bayraqlarımızın real alternativi yoxdur və olmayacaq”, – Zelenski qeyd etdi.