Vladimir Zelenski həyat yoldaşı ilə birlikdə Polşaya getdi
Ukrayna prezidenti, Vladimir Zelenski həyat yoldaşı, Elena Zelenska ilə birlikdə Polşaya getdi, – bu barədə “Evropeyskaya pravda” yazır.
Bu, Ukrayna prezidentinin müharibə başlayandan sonra, ölkədən kənara ilk elan edilmiş səfəridir.
Polşa prezidentinin ofisində bəyan etdilər ki, Anjey Duda və xanımı qonaqları rəsmi qarşıladıqdan sonra liderlər Prezident Sarayında danışıqlar aparacaqlar, yerli vaxtla saat 18:00-da isə, Vladimir Zelenski və Anjey Dudanın birgə çıxışı planlaşdırılır.
İndiyədək Ukrayna prezidenti genişmiqyaslı müharibə zamanı ölkəni cəmi bir neçə dəfə tərk edib. O, rəsmi səfərlə Vaşinqton, London, Paris və Brüsseldə olub.