Vladimir Zelenski hərbçilərin əmrə tabe olmamağa, döyüş meydanını tərk etməyə və inzibati xətalara görə məsuliyyətini artıran qanuna imza atdı
Vladimir Zelenski hərbçilərin əmrə tabe olmamağa, döyüş meydanını tərk etməyə və inzibati xətalara görə məsuliyyətini artıran qanuna imza atdı

Ukrayna prezidenti, Vladimir Zelenski hərbçilərin əmrlərə tabe olmamağa, döyüş meydanını tərk etməyə və inzibati xətalara görə məsuliyyətini artıran qanun dəyişikliklərini imzaladı.

Dəyişikliklərə əsasən, Məhkəmələrin bundan sonra hərbçilərə şərti cəza təyin etmək və ya həbs müddətini azaltmaq hüququ olmayacaq. Bu, komandirin əmrinə tabe olmamaq, rəhbər şəxsə hədələmək və ya zor tətbiq etmək, döyüşü tərk etmək və fərarilik etməkdə mühakimə olunan əsgərlərə aiddir.

Qanunvericilik dəyişikliyi Cinayət Məcəlləsinə edildi. Hüquqmüdafiəçilər qanunu tənqid edirlər. Onlar hesab edirlər ki, dəyişikliklər hərbçilərin fundamental hüquqlarını pozur.

Zelenskinin imzaladığı qanunu Ukrayna Silahlı Qüvvələrinin komandanı, Valeri Zalujni dəstəklədi.