Vladimir Zelenski gürcü tərəfinə Ukraynalı dənizçilərinin azad edilməsi üçün minnətdarlığını bildirir
Vladimir Zelenski gürcü tərəfinə Ukraynalı dənizçilərinin azad edilməsi üçün minnətdarlığını bildirir

Ukrayna prezidenti, Vladimir Zelenski gürcü tərəfinə Ukraynalı dənizçilərinin azad edilməsi üçün minnətdarlığını bildirir və qeyd edir ki, bu qərar Gürcüstan və Ukrayna arasında strateji partnyorluğa müvafiqdir.

Bu barədə Ukrayna prezidenti “tvitter” sosial şəbəkəsində yazır.

“2020-ci ildən biz Gürcüstanda yaxalanan Ukraynalı dənizçiləri Yuri Xomiç və Vladimir Diaçenkonun azad olunması üzrə işləyirdik. Bu gün Gürcüstan onları azad etdi. Gürcü tərəfininin qərarına gör minnətdaram, hansı da ölkələrimiz arasında strateji partnyorluğa müvafiqdir”, – Zelenski yazır.

Xatırladaq ki, Ukrayna prezidenti bu gün Batumi Beynəlxalq Konfransında iştirak edir.

Sərhədin qanunsuz keçməsi ittihamı ilə Ukraynalı dənizçiləri Yuri Xomiç və Vladimir Diaçenkonu 28 noyabrda yaxaladılar.