Vladimir Zelenski – qış çətin olacaq, lakin biz qaz, kömür və onu keçirmək üçün lazım olan hər şeyi yığırıq
Qış çətin olacaq, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski gündəlik videomüraciətində bəyan etdi və qeyd etdi ki, qış mövsümünü keçirmək üçün işləyirlər.
“Biz riskləri tamamilə dərk edirik. Bilirik ki, işğalşılar də qışa hazırlaşır. İnsanları qorumaq üçün hökumətin bütün səviyyələrində ssenarilər hazırlanır. Biz səmimi olaraq deyirik ki, qış çətin olacaq. lakin biz qaz, kömür və onu keçirmək üçün lazım olan hər şeyi yığırıq. Biz işləyirik ki, hazırlaşaq. Önəmlidir ki, müttəfiqlərimiz də mövsümü belə hazırlıqlı qarşılasınlar. Biz sülhü yaxınlaşdırmaq üçün nə qədər çox birlikdə çalışsaq, əməkdaşlığımızı və Rusiyaya təzyiqimizi artırdıqca, qış Avropada hamımız üçün bir o qədər təhlükəsiz olacaq”, – Zelenski bəyan etdi.
Ukrayna prezidenti qeyd etdi ki, qış mövsümü üçün hazırlıq barəsində, 6 oktyabrda Praqada planlaşdırılmış sammitdə söhbət edəcək.