Vladimir Zelenski - gələn həftəyə hazırlaşıram, mühüm xəbərlər olacaq, o cümlədən hökumət rəsmilərindən
Vladimir Zelenski - gələn həftəyə hazırlaşıram, mühüm xəbərlər olacaq, o cümlədən hökumət rəsmilərindən

Ruslar yaşayış evlərinə və mülki obyektlərə məqsədyönlü zərbələr endirirlər, – bu barədə Ukrayna prezidenti Vladimir Zelenski əhaliyə gündəlik müraciətində bəyan etdi.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya yalnız bir gündə Nikolayev, Xarkov, Krivoy Roq və Zaporojye vilayətini vurdu.

“Rusiya məhz yaşayış sektoruna hücumlar həyata keçirdi. Tamamilə şüurlu, qəsdən, adi evlərə, mülki obyektlərə, insanlara qarşı. Yaralananlar, ölənlər, xəsarət alanlar var. Rusiya artilleriyasının Donbasdakı şiddətli zərbələri bir gün də dayanmır – Slavyansk, Baxmut, Avdeevka istiqamətində”, – Zelenski bəyane tdi.

Bundan başqa, Vladimir Zelenski Ukraynanın bir sıra ölkələrdəki səfirlərinin azad edilməsi məsələsinə də toxundu və bunun diplomatik praktikada qəbul edilən normal rotasiya olduğunu qeyd etdi. Həmçinin, Ukrayna prezidenti gələn həftə hökumətdən mühüm xəbərlər elan etdi.

“Artıq gələn həftəyə hazırlaşıram, mühüm xəbərlər olacaq, o cümlədən hökumət rəsmilərindən”, – Ukrayna prezidenti bəyan etdi.