Vladimir Zelenski - əgər partnyorlarımızın malik olduğu və hazırda ehtiyacımız olduğu bütün silahlara əlçatarlığımız olsaydı, bu müharibəni artıq bitirərdik
Əgər partnyorlarımızın malik olduğu, hazırda ehtiyacımız olduğuvə Rusiya Federasiyası tərəfindən istifadə olunan silaha müqayisə olunan bütün silahlara əlçatarlığımız olsaydı, bu müharibəni artıq bitirərdik, – bu barədə Ukrayna örezidenti, Vladimir Zelenski bəyan etdi.
Ukrayna prezidentinin dediyinə görə, lazımi şəkildə silahlansaydı, ölkənin hərbi qüvvələri artıq ərazini azad edib sülhü bərpa etmiş olardı, çünki Ukrayna hərbçilərinin taktika və müdriklik baxımından üstünlüyü tamamilə göz qabağındadır.
Zelenskinin sözlərinə görə, Rusiya Federasiyası öz qoşunlarının demək olar ki, bütün döyüş hissələrini Ukrayna ərazisində və onun sərhədləri boyunca konsentrasiya edib.
“Mən demokratik dünyanın liderləri ilə hər danışıqlarda, hər müsahibədə, sözün əsl mənasında hər təmasda sadə həqiqəti vurğulayıram – Ukraynanın hələ də partnyorlarının illərdir haradasa anbarlarda saxladıqlarını tələb etməyə məcbur olması, ədalətsizlikdir. Əgər onların indi, burada Ukraynaya lazım olan silahları varsa, indi bizə lazım olan silahlar varsa, bizim burada və indi ehtiyacımız olan sursatları varsa, deməli, hər şeydən əvvəl azadlığın qorunmasına yardım etmək onların mənəvi borcudur. Minlərcə Ukraynalının həyatına yardım etmək. Əgər biz indi aldığımızı müharibənin ilk həftəsində alsaydıq, əminəm ki, bu Ukrayna və Avropanın azadlığı üçün daha böyük fayda olardı. Və bəzi partnyorların yaxın həftələrdə Ukraynaya çatdırmağı planlaşdırdıqlarını indi əldə etsək, bu, minlərlə insanın həyatını xilas edəcək. Xarkov, Donbas və Dnepropetrovsk vilayəti istiqamətində rus qoşunlarının atəşinin intensivliyi xeyli artıb. Onlar yenə də adi yaşayış yerlərini normal hədəf hesab edirlər. Bu müharibədə rus ordusu dünya tarixinə yəqin ki, dünyanın ən barbar və qeyri-insani ordusu kimi əbədi olaraq yazılacaq”, – Zelenski bəyan etdi.