Vladimir Zelenski – Donetsk bölgəsində indi cəhənnəmdir, çox sərt döyüşlər gedir

10:58, 13.11.2022

Donetsk bölgəsində indi cəhənnəmdir, çox sərt döyüşlər gedir, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski ənənəvi videomüraciəti zamanı bəyan etdi.

Onun sözlərinə görə, Donetskdəki güclü müdafiə sayəsində Ukraynalılar başqa istiqamətlərdə hücum etmək imkanı əldə ediblər.

“Xersondakı müdafiəçilərimizin indi eşitdikləri minnətdarlıq sözləri hamısı sizə aiddir. Ukrayna uğrunda döyüşən, qələbəmiz üçün çalışan, bütün səviyyələrdə bizə kömək edən və dövlətimiz üçün lazımi nəticələr əldə edən hamıya aiddir. Bu sözlər xüsusilə Rusiyanın Donetsk vilayətində hücumlarına dözənlərə aiddir. Orada tam cəhənnəmdir. Orada hər gün çox sərt döyüşlər gedir. Bölmələrimiz mərdliklə özlərini müdafiə edirlər, işğalçıların dəhşətli təzyiqlərinə müqavimət göstərirlər, müdafiəmizin sərhədlərini qoruyurlar. Bu çox önəmlidir. Bunun sayəsində Donetskin güclü müdafiəsi ilə başqa istiqamətlərdə də hücum əməliyyatları apara bilərik. Bu sərt döyüşlərdə iştirak edən bütün müdafiəçilərimizə təşəkkür edirəm”, – Zelenski bəyan etdi.

Oxşar