Vladimir Zelenski - Donbas uğrunda mübarizə bizim üçün prinsipial əhəmiyyətlidir
Donbas uğrunda mübarizə bizim üçün prinsipial olaraq əhəmiyyətlidir, – bu barədə Volodimir Zelenski “CNN”-ə müsahibəsində bəyan etdi.
Zelenskinin dediyi kimi, Ukrayna Donbasda yerləşdirilmiş ən yaxşı hərbi birləşmələrdən birinə malikdir.
“Rusiya bizim hərbi qüvvələrimizi mühasirəyə alıb məhv etmək istəyir. Söhbət 2014-cü ildən böyük müharibədən keçmiş 40 mindən çox insandan, peşəkar hərbçilərdən gedir. Ordumuzun bu hissəsini saxlamaq bizim üçün son dərəcə vacibdir. Ona görə də biz rusların bu döyüşdə irəliləməsinə imkan verə bilmərik, bunun nə qədər davam edəcəyini deyə bilmərik, bu, müharibənin gedişatına təsir edə bilər. Biz Rusiya rəhbərliyinə və ordusuna etibar edə bilmərik. Onların geri çəkilmələri və Kiyevdən, Çerniqovdan qaçmaları heç də o demək deyil ki, Donbas ələ keçiriləcəyi təqdirdə Kiyevə qayıtmayacaqlar. Ona görə də bu döyüşdə qalib gəlmək çox vacibdir”, – Zelenski bəyan etdi.