Vladimir Zelenski Donald Tramp və Florida qubernatoru Ron DeSantisi Ukraynaya dəvət edir
Ukrayna prezidenti, Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti, Donald Tramp və Florida qubernatoru Ron DeSantisi Ukraynaya dəvət edir. Bu barədə Zelenski “NBC” ilə müsahibəsində bəyan etdi. Zelenskinin dediyi kimi, səbəb Amerikanın Kiyevə hərbi dəstəyini şübhə altına aldığı onların mövqeyidir.
Zelenskinin fikrincə, Ukraynanın məğlubiyyəti sonradan Moskva ilə daha geniş münaqişəni nəzərdə tutur.
“Hazırdılarmı, müharibəyə başalamaq üçün 0nlar övladlarını göndərsinlər? Ölməyə hazırdılarmı? Rusiya Ukraynanın işğalını həyata keçirsə, onlar Baltik ölkələrinə keçəcəklər, Polşaya, NATO-nun istənilən ölkəsinə və bu konkret təqdirdə ABŞ NATO-nun dağılması və ya müharinə arasında seçim etməli olacaq”, – Zelenski bəyane tdi.