Vladimir Zelenski - diplomatik yol da var, hərbi yol da var, istənilən ağıllı adam diplomatik yolu seçəcək
Mariupolda xalqımız qırsalar, psevdorespublikalarda psevdoreferendum keçirsələr, Ukrayna daha heç bir danışıqlar prosesində iştirak etməyəcək, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski media nümayəndələri ilə görüşü zamanı bəyan etdi.
Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş məsələsinə gəldikdə, Zelenski bəyan edir ki, vasitəçilər səviyyəsində danışıqların istənilən formatının istənilən nəticəni verməyəcəyinə inandığı üçün lap əvvəldən onunla görüşü tələb edirdi.
“Düşünürəm bu müharibəni kim başladısa o, dayandıra bilər”, – Zelenski bəyan edir.
Zelenskinin dediyinə görə, diplomatik yol da var, hərbi yol da var
“İstənilən ağıllı adam diplomatik yolu seçəcək, çünki bilir ki, çətinliklərə baxmayaraq, bu on minlərcə insanın ölümünü dayandıra bilər, bu cür qonşu ilə isə, yüz minlərcə insanın və ola bilsin milyonlarcanın da. Heç bir lideri haqqı yoxdur ki, diplomatiya yolundan imtina etsin”, – Zelenski qeyd etdi.