Vladimir Zelenski deyir ki, Ukrayna vahid Avropa enerji sisteminə qoşulub
Ukrayna Avropanın Ümumi Enerji Sisteminə qoşulub. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Twitter” sosial şəbəkəsində yazıb.
Ukrayna mətbuatı xəbər verir ki, bu, Ukrayna enerji sisteminin rəsmi olaraq Avropa Transmissiya Sistemləri Operatorları Şəbəkəsinə (ENTSO-E) qoşulması deməkdir.
“Ukrayna Enerji İttifaqının üzvü olub. Ukrayna və Avropa enerji sistemlərinin birləşdirilməsi başa çatıb. İndi bizim elektrik enerjimiz Avropa İttifaqına, Avropaya isə Ukraynaya gedir. Avropa İttifaqının bütün üzvlərinə, xüsusən də Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, enerji məsələləri üzrə Avropa komissarı Kadri Simpsona və köməyi ilə bu gün vahid enerji sisteminə malik olduğumuz hər kəsə təşəkkür edirəm”, – Vladimir Zelenski yazıb.
Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Layen “Twitter” sosial şəbəkəsində Moldovanın elektrik şəbəkəsinin Aİ-nin elektrik şəbəkəsi ilə sinxronlaşdırılacağını yazıb.
“Ukrayna, Moldova və Avropa: ortaq dəyərlər, ortaq enerji və həmrəylik. Mən Ukrayna və Moldovanın elektrik şəbəkələrini Aİ şəbəkələri ilə sinxronlaşdırmaqla bu qaranlıq zamanda evlərdə istilik və işığın saxlanmasına yönəlmiş bu gün atılan mühüm addımı alqışlayıram..Biz onların enerji sistemlərini sabitləşdirmək üçün işləməyə davam edəcəyik”, – Ursula fon der Laeyen yazıb