Vladimir Zelenski deyir ki, Ukrayna Belarus vasitəsilə Baltik limanlarına taxıl ixrac etməyi düşünə bilməz
Ukrayna prezidenti Vladimir Zelenski deyir ki, Ukrayna taxılın Belarus ərazisindən keçməklə Baltik limanlarına dəmir yolu ilə ixracı məsələsinə baxa bilməz. O, bu barədə jurnalistlərlə görüşü zamanı bildirib.
“Belarusa gəlincə, bu məlumat açıqdır. Bizə dəmir yolu ilə Belarusdan keçməyi təklif etdilər. Biz həcmin nə olduğunu da başa düşürük. Ancaq bunun bizə niyə təklif edildiyini başa düşürük. Biz hələ bu formata getməyə və “mehriban” qonşularımıza kömək etməyə hazır deyilik”, – deyə Zelenski bildirib.
Ötən həftə Aleksandr Lukaşenko Baltik limanları Belarus məhsulları üçün açıq olarsa, Ukrayna taxılını Belarus vasitəsilə Baltik limanlarına daşımağa hazır olduğunu bildirib.