Vladimir Zelenski - bütün sivil aləm Rusiyanı rəsmi olaraq terrorçu dövlət kimi tanımalıdır
Bütün sivil aləm Rusiyanı rəsmi olaraq terrorçu dövlət kimi tanımalıdır, – bu barədə Ukrayna Prezidenti, Vladimir Zelenski növbəti videomüraciətində bəyan etdi.
Prezidentin sözlərinə görə, müasir texnologiya Kiyev vilayətində hərbi cinayət törətmiş hər bir rusiyalı hərbçini tapıb məsuliyyətə cəlb etməyə imkanlar verir.
“Biz üzərində işləyirik ki, bu biaırçı müharibəni dəstəkləyən bütün Rusiya dövlət xadimləri demokratik dünyadan məntiqli sanksiya cavabı alsınlar. Rusiya terrorun sponsoru, Rusiya Silahlı Qüvvələri isə, terror təşkilatı kimi tanınmalıdır”.
Bununla yanaşı, Ukrayna prezidentinin sözlərinə görə, beynəlxalq partnorlar Ukraynanın özünü rus işğalçılarından nə vaxt və nə cür müdafiə etməli olduğunu getdikcə daha çox başa düşürlər.
“Avropa İttifaqında altıncı sanksiyalar paketi üzərində iş gedir. Bu gün Şarl Mişel ilə bunu müzakirə etdik. Bunu Rusiya hərbi maşını və bütövlükdə Rusiya dövləti üçün həqiqətən ağrılı etmək üçün çalışırıq. Mən hər bir danışıqları sanksiyaların məqsəd kimi deyil, Rusiyanı sülhə sövq etmək üçün praktiki alət kimi tələb etməyə çağırıram”, – Zelenski bəyan etdi.