Vladimir Zelenski - Buça qətliamı kimi, bir çox digər Rusiya hərbi cinayətləri kimi, Kramatorska raket hücumu da tribunalın ittihamlarından biri olmalıdır
Vladimir Zelenski - Buça qətliamı kimi, bir çox digər Rusiya hərbi cinayətləri kimi, Kramatorska raket hücumu da tribunalın ittihamlarından biri olmalıdır

Kramatorsk dəmir yolu vağzalına hücum Rusiyanın növbəti hərbi cinayətidir, hansının da bütün iştirakçısı cavab verməlidir, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski bəyan etdi.

Onun sözlərinə görə, Rusiya dövlət təbliğatçıları Ukrayna qüvvələrinə hücuma görə məsuliyyəti Ukrayna üzərinə atmağa o qədər tələsirlər ki, onlar təsadüfən Rusiyanı günahlandırdılar.

“Ria Novosti” agentliyi məlumat yaydı ki, Kramatorska zərbə hətta raketlər havada olarkən də həyata keçirildi. Artıq dünyanın bütün aparıcı dövlətləri Rusiyanın Kramatorska hücumunu pisləyib. Biz bu müharibə cinayətinə güclü qlobal cavab gözləyirik. Buça qətliamı kimi, bir çox digər Rusiya hərbi cinayətləri kimi, Kramatorska raket hücumu da tribunalın ittihamlarından biri olmalıdır. Dünyanın bütün gücləri kimin nə etdiyini, kimin hansı əmri verdiyini dəqiqə-dəqiqə müəyyən etməyə yönəldiləcək. Məsuliyyət qaçınılmazdır. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Ukraynaya lazım olduğu silahları alsa, çoxlarının düşündüyündən daha tez azadlığın qələbəsi ilə başa çata bilər”, – Vladimir Zelenski bəyan etdi.