Vladimir Zelenski – BMT Təhlükəsizlik Şurasını Rusiya terroruna münasibət bildirməyə çağırdım, əminəm ki, artıq dünyada heç kim rus yalanlarını eşitmək istəmir
Ukrayna prezidenti, Vladimir Zelenski ənənəvi videomüraciətində bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasını Rusiya terroruna cavab verməyə çağırdı.
“BMT Təhlükəsizlik Şurasına müraciət etdim və Rusiya terroruna münasibət bildirməyə çağırdım. BMT Təhlükəsizlik Şurasında bir yer hələ də işğal altındadır. Əminəm ki, artıq dünyada heç kim rus yalanlarını eşitmək istəmir”, – Zelenski qeyd etdi.
Ukrayna prezidentinin dediyinə görə, Avropa Parlamenti Rusiyanı terrorçu dövlət kimi tanıdı, Avropa İttifaqını və onun üzvlərini qanunvericilik bazası yaratmağa çağırdı ki, tanınma milli səviyyədə bütün Avropaya təsir etsin və təkcə siyasi deyil, həm də hüquqi nəticələr olsun.
Videomüraciətində Zelenski raket hücumları nəticəsində kəsilən elektrik enerjisinin tədricən bərpa olunmasından da danışdı. Onun sözlərinə görə, hazırda işlər davam etdirilir və rayonlar mərhələli şəkildə elektrik enerjisi ilə təmin olunur.